Şahzadənin toyu Britaniya iqtisadiyyatına 680 milyon dollar gəlir gətirə bilər

Britaniyanın içki və qəlyanaltı ilə məşğul olan kompaniyaları şahzadə Harri və amerikalı aktrisa və fotomodel Meqan Marklın toyu mövzusunda məhsullar istehsal edib.

976355

TASS informasiya agentliyi xəbər verir ki, “şahzadə Harri və miss Meqan Marklın toyunun şərəfinə. Müqəddəs Georgi kilsəsi” sözləri yazılmış peçenyelər satışa çıxarılıb. Toy mərasiminin keçiriləcəyi Vindzor qəsri yaxınlığında yerləşən pivə zavodu isə artıq “Vindzor bağları” adlı məhsul istehsal edir.

Ekspertlərin fikrincə, təkcə içki və qəlyanaltılar Britaniya iqtisadiyyatına əlavə olaraq azı 80 milyon funt sterlinq (108 milyon dollardan çox) gəlir gətirəcək. “Brand Finance” konsaltinq kompaniyasının ilkin hesablamalara görə isə şahzadənin toyu ümumilikdə Birləşmiş Krallığın iqtisadiyyatını ən azı 500 milyon funt sterlinq (680 milyon dollar) zənginləşdirə bilər.

Qeyd edək ki, Şahzadə Harri və Meqan Marklın toy mərasimi mayın 19-da Vindzor qəsrinin – kraliça II Elizabetin şəhərkənarı iqamətgahının ərazisində yerləşən Müqəddəs Georgi kilsəsində baş tutub.

Әlaqәli Xәbәrlәr