Dünyanın ən böyük 10 iqtisadiyyatından biri olmaq üçün
"Həm qlobal, həm də regional miqyasda lider bir ölkə olma hədəfinə doğru qaçırıq", F.Özlü
Türkiyə Elm, Sənaye və Texnologiya naziri Faruk Özlü Türkiyənin dünyanın ən böyük 10 iqtisadiyyatından biri olması üçün mübarizə apardığını söyləyib.
Faruk Özlü Düzcedə AK Partiya bölgə sədrliyinin tədbirində iştirak edib. Türkiyənin artıq böyük və güclü bir ölkə olduğunu vurğulayan Özlü deyib: "Qarşımızda irəliyə getməmiz, hətta qaçmağımız üçün yollar var. Həm qlobal, həm də regional miqyasda lider bir ölkə olma hədəfinə doğru qaçırıq. Dünyanın ən böyük 10 iqtisadiyyatından biri olmaq üçün. Təkcə öz vətəndaşlarımız üçün deyil, dünyanın məzlumları üçün də qaçırıq".
Elm, Sənaye və Texnologiya naziri Faruk Özlü Altay tankı, Hürkuş təlim təyyarəsi, Atak vertolyotu, dənizaltı müdafiə gəmisi, polis-kəşfiyyat gəmisi, zirehli müharibə vasitələri, pilotsuz hava təyyarələri və ANKA işlərini reallaşdırdıqlarını söyləyib, bundan sonra daha çox müvəffəqiyyətə birlikdə imza atacaqlarını vurğulayıb.
Әlaqәli Xәbәrlәr
İstanbulu 2024-cü ilin ilk üç ayında üç milyondan çox turist ziyarət edib
İstanbula gələn əcnəbi turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,22 faiz artıb.