Türkiyə-Ermənistan qarşılaşması 8 sentyabrda TRT 1-də

Türkiyə Futbol Milli Komandası UEFA 2024 Avropa Çempionatının (AVRO 2024) seçmə mərhələsinin D qrupunun V oyununda sentyabrın 8-də Əskişəhərdə Ermənistanla qarşılaşacaq

2034723
Türkiyə-Ermənistan qarşılaşması 8 sentyabrda TRT 1-də

 

  Türkiyə Futbol Milli Komandası UEFA 2024 Avropa Çempionatının (AVRO 2024) seçmə mərhələsinin D qrupunun V oyununda sentyabrın 8-də Əskişəhərdə Ermənistanla qarşılaşacaq.

  Eskişehir Yeni Stadionunda keçiriləcək qarşılaşma Türkiyə vaxtı ilə saat 21.45-də olacaq.

  Qarşılaşma TRT 1-dən birbaşa yayımlanacaq.

  Görüşü İtaliya Futbol Federasiyasından olan baş hakim Daniele Orsato idarə edəcək.

  Aypara-ulduzlu Türkiyə komandası Ermənistan oyunu öncəsi 9 xalla liderdir.

  Bir oyun buraxan Ermənistan 6 xalla ikinci yerdədir.

  Qrupda iki oyun buraxan Xorvatiya ilə 4 oyun geridə qalan Uelsin hərəsinin 4 xalı var.

  Sonuncu yerdə olan Latviyanın xalları yoxdur.

  “AVRO-2024”də iştirak edəcək 20 komandanın müəyyənləşəcəyi qrup mərhələsinə 16-21 noyabr 2023-cü il tarixlərində keçiriləcək oyunlarla yekun vurulacaq.

  10 qrupda ilk 2 yeri tutan komandalar “AVRO-2024”də iştirak hüququ qazanacaqlar.



Әlaqәli Xәbәrlәr