UEFA Konfrans Liqası: “Neftçi” doğma divarlar arasında “Beşiktaş”a uduzub

Avqustun 10-da İstanbul komandası "Beşiktaş" UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakı klubu “Neftçi” ilə qarşılaşıb.

2023066
UEFA Konfrans Liqası: “Neftçi” doğma divarlar arasında “Beşiktaş”a uduzub
Beşiktaş Neftçi.jpg

Avqustun 10-da İstanbul komandası "Beşiktaş" UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakı klubu “Neftçi” ilə qarşılaşıb.

Bakıda “Neftçi Arena”da keçirilən oyunda “Beşiktaş" "Neftçi"ni 3:1 hesabı ilə məğlub edib.

Matçın birinci hissəsində iki qol vuran "Beşiktaş" fasiləyə qələbə ilə yollanıblar. İstanbul təmsilçisinin heyətində Vinsent Abubakar (14) və Cekson Muleka (23) fərqləniblər – 2:0. Qarşılaşmanın 62-ci dəqiqəsində Salih Uçan komandasının üçüncü topunu “Neftçi”nin qapısından keçirib. Oyunun 79-cu dəqiqəsində “Neftçi” vurulan qollardan birinin əvəzini çıxmağa nail olub. Bakılıların fransalı yarımmüdafiəçisi Kilan Lebon adını tabloya yazdırıb – 1:3. Görüş bu hesabla da başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 17-də oynanılacaq.



Әlaqәli Xәbәrlәr