"Beşiktaş" "Tirana"ya 2 cavabsız qolla qalib gəldi

"Beşiktaş"ın Avropa kuboklarındakı növbəti rəqibi “Neftçi” oldu.

2020036
"Beşiktaş" "Tirana"ya 2 cavabsız qolla qalib gəldi

"Beşiktaş"ın Avropa kuboklarındakı növbəti rəqibi “Neftçi” oldu.
İstanbul klubu Konfrans Liqasının II təsnifat mərhələsində “Tirana”nı mübarizədən kənarlaşdırıb. Öz meydanında 3:1 hesablı qələbə qazanan “qartallar” Albaniyada da qalib gəlməyi bacarıblar. 2:0 hesabı ilə başa çatan oyunda “Beşiktaş”ın qollarını Amartey və Abubakar vurublar. Turnirin III təsnifat mərhələsinin ilk oyunu avqustun 10-da İstanbulda keçiriləcək. Cavab matçı bir həftə sonra Bakıda olacaq.
Qeyd edək ki, “Neftçi” iki oyunun nəticəsinə görə, “Jelezniçar”dan üstün olub (2:2, 2:0).



Әlaqәli Xәbәrlәr