Konfrans Liqasında "Beşiktaş”ın inamlı qələbəsi

Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

2017063
Konfrans Liqasında "Beşiktaş”ın inamlı qələbəsi

"Beşiktaş" UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Albaniya təmsilçisi "Tirana"nı 3:1 hesabı ilə məğlub edib.

Onur Bulut və Cekson Mulekanın qolları ilə ilk yarını 2:0 öndə tamamlayan "Beşiktaş" 83-cü dəqiqədə Kainanın qoluna mane ola bilməyib.

"Beşiktaş" klubunda böyüyən və ötən mövsümdən bəri zaman-zaman A komandasında oynamaq şansı qazanan Semih Kılıçsoy matçda son qolu vurub.

Gənc oyunçu, 90+4-cü dəqiqəsində cərimə meydançasının sağ diaqonalından sərt zərbə ilə qolunu vurub və mübarizə “Beşiktaş”ın 3-1 üstünlüyü ilə başa çatıb.

Bu qol həm də Semihin peşəkar karyerasında vurduğu ilk qol kimi qeydə alınıb.

Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Son gündə daha 42 qarşılaşma baş tutub.

 



Әlaqәli Xәbәrlәr