“Beşiktaş” bu gün Bakıya gedir

Bakıda “Sabah”la xeyriyyə oyununda üz-üzə gələcək “Beşiktaş” bu oyuna hazırlığı davam etdirir.

1985470
“Beşiktaş” bu gün Bakıya gedir

Bakıda “Sabah”la xeyriyyə oyununda üz-üzə gələcək “Beşiktaş” bu oyuna hazırlığı davam etdirir.

İstanbul təmsilçisi dünən növbəti məşqinə çıxıb.

Baş məşqçi Şenol Günəşin rəhbərliyi altında baş tutan axşam məşqində taktiki hazırlığa üstünlük verilib, yekunda ikitərəfli oyun keçirilib.

“Qara qartallar” hazırlığı bu gün yerli vaxtla 11:00-da baş tutacaq səhər məşqi ilə davam etdirəcəklər. Saat 15:00-da isə komanda Sabiha Gökçen Hava Limanından çarter reysi ilə Bakıya yola düşəcək.

Xatırladaq ki, mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Sabah” – “Beşiktaş” matçına Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.  Qarşılaşmadan əldə ediləcək bütün gəlir Türkiyedə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.



Әlaqәli Xәbәrlәr