“Trabzonspor”un baş məşqçisi istefa verdi

“Trabzonspor”un baş məşqçisi Abdullah Avcı istefa verib.

1956320
“Trabzonspor”un baş məşqçisi istefa verdi

TRT spor xəbər verir ki, 51 yaşlı mütəxəssis hər hansı təzminat tələb etməyəcək.

Qeyd edək ki, Trabzon klubu 23 turdan sonra 38 xalla 6-cı yeri tutur. Komanda “Bazel”ə uduzaraq UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

Abdullah Avcı 2020-ci ildən Qara Dəniz təmsilçisində işləyib. O, ötən mövsüm “Trabzonspor”u Türkiyə çempionu etmişdi.

Bir müddət əvvəl “Trabzonspor”un prezidenti Ahmet Ağaoğlu da istefa vermişdi.

 



Әlaqәli Xәbәrlәr