İspaniya La Liqasında 23-cü tura yekun vurulub.
TRT spor xəbər verir ki, son gün daha bir görüş baş tutub.
1952359
“Vilyarreal” “Xetafe”ni qəbul edib. Üç qolun qeydə alındığı oyunda meydan sahibləri əzmkar qələbəyə seviniblər.
“Vilyarreal” – “Xetafe” 2:1
Qol: Çukvueze, 44. Morales, 52 – E.Ünal, 9.
Hazırda 59 xala malik “Barselona” vahid liderdir. “Real” 52 xalla ikinci, “Real Sosyedad” 43 xalla üçüncü pillədə qərarlaşıb. Madrid “Atletiko”sunun isə 42 xalı var.