Türkiyənin tanınmış idmançıları zəlzələdən zərərçəkənlər üçün ianə topladı

Türkiye böyük yardım səfərbərliyi ilə zelzələdən  zərərçəkənlərin  yaralarını sağaltmağa  çalışır

1947089
Türkiyənin tanınmış idmançıları zəlzələdən zərərçəkənlər üçün ianə topladı

 

Televiziya və radio kanallarının birgə başlatdıqları “Türkiye tek ürək” kampaniyasında  milyardlarla lirə ianə toplanıb.

Başda 4 böyük  klub olmaqla, idman dünyasının məşhur simalarının  iştirak   etdikləri ‘ortaq yayım’a  prezident Rəcəb Tayyib Ərdoğan da telefonla qatılıb.

Prezident Ərdoğan: “Millətimizin  kampaniyaya   verəcəyi     dəstəklə bütün zamanların rekordunu qıraraq  əzəmətini daha bir dəfə göstərəcəyinə inamım  tamdır”.  

Xüsusi buraxılışda idman dünyasının aparıcı adları da iştirak edib.

“Beşiktaş” Klubunun  prezidenti   Ahmet Nur Çebi, “Fənərbaxça” Klubunun sədri Ali Koç, “Qalatasaray” Klubunun   rəhbəri  Dursun Özbək və “Trabzonspor” Klubunun  Başçısı Əhməd Ağaoğlu telefonla ianə toplarkən  Altay Bayındır, Cenk Tosun, Kərəm Aktürkoğlu kimi milli futbolçular da kampaniyaya  dəstək  veriblər. 

Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi proqrama telefonla qatılaraq 1 milyon lirə yardım edib.

Birgə nəşr olan “Türkiye tək ürək” kampaniyasına   xaricdən  də  yardımların  yağdırılması  ilə milyardlarla lirə ianə toplandı.

 


 



Әlaqәli Xәbәrlәr