Trabzonspor-Bazel matçının reklam gəliri zəlzələ qurbanlarına göndəriləcək

UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində “Trabzonspor” İsveçrənin “Bazel” komandasını qonaq edəcək.

1945813
Trabzonspor-Bazel matçının reklam gəliri zəlzələ qurbanlarına göndəriləcək

Fevralın 16-da keçiriləcək qarşılaşmanın reklam gəliri Kahramanmaraşda baş verən zəlzələdən zərər çəkmiş vətəndaşlara bağışlanacaq.

UEFA Avropa Konfrans Liqasının naşiri Acun Medianın sahibi Acun Ilıcalı sosial media hesabından paylaşdığı açıqlamada matçın TV8-də yayımlanacağını, reklamlardan əldə ediləcək gəlirin zəlzələdən zərər çəkən vətəndaşlara göndəriləcəyini bildirib.

 



Әlaqәli Xәbәrlәr