Kərim Benzema milli karyerasını başa vurdu

İspaniya “Real Madrid”inin futbolçusu Kərim Benzema Fransa millisindəki karyerasını başa vurub.

1920985
Kərim Benzema milli karyerasını başa vurdu

TRT spor xəbər verir ki, bu barədə 35 yaşlı hücumçu öz sosial media hesabında paylaşım edib.

“Bugünkü şəxs olmaq üçün əlimdən gələni etdim və bəzi səhvlərə yol verdim. Bunlarla fəxr edirəm. Mən öz tariximi yazdım. Artıq ortaq hekayəmiz başa çatır”, - təcrübəli forvard yazıb.

 Qeyd edək ki, Fransa yığmasında 97 oyun keçirən Kərim Benzema 37 qol vurub.

 


Etiketlәr: #Kərim Benzema

Әlaqәli Xәbәrlәr