DÇ: Qrup mərhələsinin ilk oyunları başa çatıb

Qətərdə keçirilən futbol üzrə 2022 dünya çempionatının qrup mərhələsinin ilk oyunları başa çatıb.

1911035
DÇ: Qrup mərhələsinin ilk oyunları başa çatıb

8 qrupda oynanılan 16 matçdan 5-i bərabərliklə nəticələnib.

41 qolun qeydǝ  alındığı  ilk qrup matçlarının 4-də  hesab  açılmayıb.

İlk oyunlarda  darmadağına   sevinǝn  İspaniya və İngiltərə  olub.  

2010-cu il Dünya Kuboku çempionu İspaniya, Kosta Rikanı 7-0, 1966-cı ilin qalibi İngiltərə isə İranı 6-2 hesabı ilə məğlub edib.

İlk matçların ən böyük sürprizi Səudiyyə Ərəbistanı və Yaponiya olub.

Səudiyyə Ərəbistanı turnirin favoritlərindən olan Argentinanı 2:1 hesabı ilə Yaponiya  isǝ  Almaniyanı  eyni   hesabla  udub.  

İlk matçlarda   hǝr  biri 2 qol  vuran  futbolçu  sayı  6  olub:  

“Ekvadorun “Fənərbaxçalı” futbolçusu Enner Valensiya, İngiltərənin Bukayo Saka, iranlı Mehdi Taremi, fransalı Olivye Qriud, ispaniyalı Ferran Torres və braziliyalı Rişarlison 2 qol vurub”.

Portuqaliyanın ulduz futbolçusu Cristiano Ronaldo, Qananı 3-2 məğlub etdikləri matçda vurduğu qolla 5 fərqli Dünya Kubokunda (2006, 2010, 2014, 2018, 2022) toru havalandıran ilk ad olaraq tarixə düşdü.

Sözügedən matçlarda hakimlər qırmızı vərəqə üçün müraciət etməsələr də, 56 sarı vərəqə göstərilib.



Әlaqәli Xәbәrlәr