“Fənərbaxça” İstanbulda “Renn”i qəbul edib

Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilib.

1898812
“Fənərbaxça” İstanbulda “Renn”i qəbul edib

TRT spor xəbər verir ki, ümumilikdə 8 qrup üzrə 16 qarşılaşma baş tutub.

Təmsilçilərindən “Fənərbaxça” İstanbulda “Renn”i qəbul edib. Altı qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

B qrupunun digər qarşılaşmasında AEK (Larnaka) Kiprdə Kiyev "Dinamo"su ilə üz-üzə gəlib. Maraqlıdır ki, bu oyunda da tərəflər 3 qol vurduğu halda 1 xalla kifayətləniblər.

Digər təmsilçimiz “Trabzonspor” Serbiyada “Srvena Zvezda”nın qonağı olub və məğlubiyyətlə üzləşib.

5 turdan sonra Türkiyenin “Fənərbaxça”, İngiltərənin “Arsenal” və “Mançester Yunayted”, Fransanın “Renn”, Almaniyanın “Frayburq”, İspaniyanın “Betis” və “Real Sosyedad”, Niderlandın PSV, Macarıstanın “Ferentsvaroş” və Belçikanın “Yunion” klubları qrupdan çıxmağı təmin ediblər.

 



Әlaqәli Xәbәrlәr