Bu gün “Trabzonspor” “Kopenhagen”i qəbul edəcək

Bu gün (24 avqust) UEFA Çempionlar Liqasında pley-off görüşlərinə yekun vurulacaq.

1871579
Bu gün “Trabzonspor” “Kopenhagen”i qəbul edəcək

TRT spor xəbər verir ki, ikinci oyun günündə keçiriləcək 3 cavab qarşılaşması ilə qrup mərhələsinin bütün iştirakçıları bəlli olacaq.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Trabzonspor” Danimarkada 1:2 hesabı ilə məğlub olduğu “Kopenhagen”i qəbul edəcək.

PSV isə Niderlanda Şotlandiya "Reyncers"i ilə münasibətlərinə aydınlıq gətirəcək. Qlazqodakı ilk görüşdə heç-heçə qeydə alınıb - 2:2.

“Dinamo” (Zaqreb) klubu Xorvatiyada Norveçin “Budyo Qlimt” komandasını sınağa çəkəcək. Zaqreb təmsilçisi ilk matçda 0:1 hesabı ilə uduzub.

 



Әlaqәli Xәbәrlәr