“Trabzonspor” sabah Danimarkanın Kopenhagen komandasını qəbul edəcək

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilir.

1871401
“Trabzonspor” sabah Danimarkanın Kopenhagen komandasını qəbul edəcək

TRT spor xəbər verir ki, “Trabzonspor” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında sabah Danimarkanın Kopenhagen komandasını qəbul edəcək.

İlk matçda səfərdə 2:1 hesabı ilə uduzan “Trabzonspor” Danimarka təmsilçisinə iki qol üstünlüyü ilə qalib gələrsə, turu qazanan tərəf olacaq və ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.

Şenol Günəş İdman Kompleksində Türkiye vaxtı ilə saat 22.00-də start götürəcək olan qarşılaşmanı hollandiyalı hakim Danny Makkelie idarə edəcək.

Marek Hamşik, Edin Viska, Hüseyn Türkmən və Sərkan Asan Zədəsi olduğu üçün “Trabzonspor”un sabah baş tutacaq cavab matçında oyana bilməyəcək.

“Fraport TAV Antalyaspor” matçında qasıq nahiyəsində ağrı hiss edən Anastasios Bakasetasın vəziyyəti isə matç saatı məlum olacaq.



Әlaqәli Xәbәrlәr