“Qalatasaray”dan daha 2 transfer

“Qalatasaray” klubu heyətini yeni futbolçularla gücləndirib.

1865434
“Qalatasaray”dan daha 2 transfer

TRT Spor xəbər verir ki, İstanbul təmsilçisi uruqvaylı yarımmüdafiəçu Lukas Torreyra və belçikalı hücumçu Dris Mertensi transfer edib.

Lukas Torreyra İngiltərənin “Arsenal” klubundan transfer olunub. Türkiyə nəhəngi bu keçidə görə London təmsilçisinə 6 milyon avro ödəyib. 4 illik müqaviləyə imza atan futbolçu özü isə yeni komandasında ilinə 2 milyon 750 min avro qazanacaq.

Bu yay İtaliyanın “Napoli” klubundan azad agent kimi ayrılan Dris Mertens isə Türkiyə nəhəngi ilə 1+1 illik müqaviləyə imza atıb. Belçikalı futbolçu bu komandada ilinə 2.9 milyon avro qazanacaq. O, 1.1 milyon avro imza pulu da alacaq.

 

 



Әlaqәli Xәbәrlәr