Türkiyənin Qadın Milli Voleybol Komandası yarımfinala vəsiqə qazanıb

Əlcəzairin ev sahibliyi etdiyi 19-cu Aralıq dənizi Oyunlarında Türkiyəni təmsil edən Qadın Milli Voleybol Komandası 1/4 finalda Tunisi 3-0 məğlub edərək yarımfinala yüksəlib.

1850585
Türkiyənin Qadın Milli Voleybol Komandası yarımfinala vəsiqə qazanıb

TRT Spor xəbər verir ki, Oran şəhərində baş tutan oyunlarda milli komandamız 1/4 final matçında Tunislə qarşılaşıb.

Millilər 25-14, 25-15 və 25-17 setləri ilə rəqibini 3-0 hesabı ilə məğlub edərək yarımfinala yüksəliblər.

Aralıq dənizi Oyunlarında ardıcıl 10-cu dəfə son 4 komanda  arasına  daxil olan millilərimiz yarımfinaldakı Serbiya ilə qarşılaşaca

Türkiyə-Serbiya yarımfinal matçı sabah Türkiyə vaxtı ilə  saat 12:00-da oynanılacaq.



Әlaqәli Xәbәrlәr