Aralıq dəniz Oyunlarının beşinci günündə qadın güləşçilərimiz tüğyan etdi

TRT spor xəbər verir ki, 5-ci  gündə  üç güləşçimiz qızıl medal qazanıb.

1850001
Aralıq dəniz Oyunlarının beşinci günündə qadın güləşçilərimiz tüğyan etdi

50 kq çəki dərəcəsində mübarizə  aparan   Evin Demirhan Yavuz finalda fransalı Julie Sabatieni 3-2 hesabı ilə məğlub edərək qızıl medal qazanıb. 53 kq çəki dərəcəsində  isə  Zeynəb Yetgil finalda yunanıstanlı rəqibi  Mariya Prevolarakiyə 3-1 hesabı ilə uduzaraq gümüş medalın  sahibi   olduqda,   57 kq-da çıxış  edən  Bediha Gün də  tunisli Siwar Bousetaya 5-0 hesabı ilə qalib gələrək qızıl medal  qazanıb. 68 kq-da Buse Tosun Çavuşoğlu fransalı rəqibi Pauline Lecarpentier-ə 4-3 hesabı ilə uduzaraq tədbirə  gümüş medalla  vida  edib.

Günün son görüşündə dünya çempionu güləşçimiz Yasemin Adar Yiğit  rəqibinin  qarşısına   çıxıb. 76 kq-da çıxış edən milli idmançımız italiyalı Enrica Rinaldini 10:0 hesabı ilə məğlub edərək qızıl medala sahib olub.



Әlaqәli Xәbәrlәr