Çempionatın ilk günündə Zilan Ertem qızıl medal qazandı

Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatına start verilib

1847607
Çempionatın ilk günündə Zilan Ertem qızıl medal qazandı

İlk gündə qadınlar arasında 40 kq çəki dərəcəsində mübarizə aparan Zilan Ertem finalda slovakiyalı Patrisiya Tomankovanı “ippon”la məğlub edərək Avropa çempionu olub.

Tatamiyə çıxan qadın cüdoçulardan Zilan Ertem 1/4 finalda belçikalı Celia Van Benedeni, yarımfinalda avstriyalı Nina Aueri, final görüşündə slovakiyalı Patrisiya Tomankovanı ipponla (3 şido) məğlub edərək qızıl medal qazanıb. Çempionatın ikinci günündə Şeyma Yıldırım 52 kq, Elif Ağar 57 kq, Tuana Gülenay və Sinem Oruç 63 kq; kişilər arasında isə 66 kiloda Abdullah Turqutlu, 73 kiloda isə Erman Gürgen tatamiyə çıxacaq.



Әlaqәli Xәbәrlәr