Türkiyə-Latviya qarşılaşması TRT ekranlarında olacaq

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində IV turun son görüşləri keçiriləcək.

1842805
Türkiyə-Latviya qarşılaşması TRT ekranlarında olacaq

TRT spor xəbər verir ki, sonuncu oyun günündə A, B, C və D Liqalarında ümumilikdə 12 qarşılaşma nəzərdə tutulub. A Liqasının 3-cü qrupunda Almaniya İtaliyanı, İngiltərə Macarıstanı qəbul edəcək. 4-cü qrupda isə Polşa - Belçika və Niderland - Uels qarşılaşmaları oynanılacaq. C Liqasının 1-ci qrupunda mübarizə aparan Türkiyə millisi Litva ilə üz-üzə gələcək. Qrupun digər matçında Lüksemburq Farer Adaları ilə görüşəcək.

Türkiyə vaxtı ilə saat 21:45-də start götürəcək olan Litva-Türkiyə qarşılaşması TRT ekranlarında olacaq. Matç TRT Radyo 1, TRT İZLE ve “trtspor.com.tr” ünvanından da canlı izləniləcək.



Әlaqәli Xәbәrlәr