“Milan” 11 illik fasilədən sonra yenidən çempion oldu

İtaliya A Seriyasında 2021/22 mövsümünə yekun vuruldu.

1830646
“Milan” 11 illik fasilədən sonra yenidən çempion oldu

TRT xəbər verir ki, turnirin qalibi son turun matçlarından sonra bilinib.

Turnir cədvəlinin lideri “Milan” dünən 38-ci turda “Sassuolo”nun qonağı olub. “Qırmızı-qaralar” bu görüşdə 3:0 hesabı ilə qalib gəlməklə çempion adını qazanıb.

2-ci pillədə olan “İnter” isə son turda “Sampdoriya”nı 3 cavabsız qolla məğlub edib.

Beləliklə, “Milan” 11 illik fasilədən sonra yenidən çempion olub. Komanda sonuncu dəfə 2010/11 mövsümündə qızıl medalları əldə etmişdi. Bu, “Milan”ın ümumilikdə 19-cu çempionluğudur.

 

 



Әlaqәli Xәbәrlәr