Portuqaliya - Türkiyə qarşılaşması "TRT1"-də yayımlanacaq

Futbolda milli həyəcan...

1800238
Portuqaliya - Türkiyə qarşılaşması "TRT1"-də yayımlanacaq

Türkiyənin yığma futbol komandası 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatına gedən yolda kritik oyun keçirəcək.

Milli komanda sabah (24 mart) Avropa Təsnifat mərhələsinin pley-off yarımfinalında Portuqaliya ilə səfərdə qarşılaşacaq.

Türkiyə vaxtı ilə saat 22.45-də başlayacaq mübarizə "TRT1"-də canlı yayımlanacaq.

"Dragao" stadionunda keçiriləcək nəhəng qarşılaşmanı Almaniya Futbol Federasiyasından Daniel Siebert idarə edəcək.

Yarımfinal oyunları bir oyun üzərində oynanılacaq.

Yığma komanda matçda qalib gələcəyi təqdirdə, martın 29-u çərşənbə axşamı Konyada İtaliya-Şimali Makedoniya pley-off matçının qalibi ilə final matçında oynayacaq.

Milli komanda Portuqaliya matçında uduzcağı təqdirdə, İtaliya-Şimali Makedoniya matçında uduzanla xüsusi görüşdə qarşılaşacaq.

Tarixi qarşılaşma "TRT1", "TRT Watch", "trtspor.com.tr" və "TRT Radio 1" kanallarında canlı yayımlanacaq.



Әlaqәli Xәbәrlәr