“Milan” növbəti mərhələyə vəsiqə qazandı

Futbol üzrə İtaliya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

1762413
“Milan” növbəti mərhələyə vəsiqə qazandı

TRT Spor ekranlarında yayımlanan daha iki qarşılaşma baş tutub.

“Milan” “Cenoa” ilə münasibətlərinə aydınlıq gətirib. Bu matçda da qalib əlavə vaxtda müəyyənləşib. Milanlılar doğma meydanda inamlı qələbəyə seviniblər. (3:1)

Qol: Jiru, 74. Leao, 102. Salemakers, 112 – Estiqor, 17.

¼ finala vəsiqə qazanan Milan 18 yanvarda oynanacaq Latsio – Udineze matçının qalibi ilə qarşılaşacaq.

Günün digər oyununda “Napoli” və “Fiorentina” komandaları qarşılaşıb. Gərgin keçən və 7 qolun qeydə alındığı bu matçda Florensiya təmsilçisi qələbəyə sevinən tərəf olub. (2:5)

Qol: Mertens, 44. Petanya, 90+5 – Vlahoviç, 41. Biraqi, 57. Venuti, 105+1. Pyontek, 108. Male, 119.

 

 

 



Әlaqәli Xәbәrlәr