İspaniya Super Kuboku: “Bilbao Atletik” finalda

Futbol üzrə İspaniya Super Kubokunda yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

1762417
İspaniya Super Kuboku: “Bilbao Atletik” finalda

TRT Spor xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutan görüşdə Madrid “Atletiko”su ilə Bilbao “Atletik”i üz-üzə gəlib.

Üç qolun qeydə alındığı matç “Atletik”in qələbəsi ilə yekunlaşıb. Beləliklə, Bilbao təmsilçisi yarımfinalda “Barselona”nı 3:2 hesabı ilə məğlub etmiş “Real”la finalda oynamaq hüququ əldə edib. Həlledici qarşlaşma yanvarın 16-da keçiriləcək.

 

 



Әlaqәli Xәbәrlәr