“Real” rəqibinə  qalib gələrək finala yüksəlib

Futbol üzrə İspaniya Super Kubokuna start verilib.

1761861
“Real” rəqibinə  qalib gələrək finala yüksəlib
Semi Final - Real Madrid v FC Barcelona riyad.JPG

4 komandanın iştirakı ilə keçirilən Super Kubokun ilk yarımfinal oyununda “Real” və “Barselona” üz-üzə gəlib.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutan “el-klasiko” məhsuldar alınıb. Dörd qolun qeydə alındığı əsas vaxtda qalib müəyyənləşməyib. Əlavə vaxtda daha bir qol vuran “Real” finala yüksəlib.

Madrid təmsilçisinin həlledici görüşdəki rəqibi bu gün (13 Yanvar) keçiriləcək “Atletiko” - “Atletik” duelinin qalibi olacaq. Final qarşlaşması yanvarın 16-da keçiriləcək.



Әlaqәli Xәbәrlәr