Futbol üzrə İtaliya Super Kubokunun qalibi müəyyənləşib

“İnter” Super Kubok matçında “Yuventus”a qalib gəldi

1761773
Futbol üzrə İtaliya Super Kubokunun qalibi müəyyənləşib

 TRT Spor xəbər verir ki, həlledici oyunda son çempion “İnter”lə ölkə kubokunun qalibi “Yuventus” üz-üzə gəlib.

“San Siro”da keçirilən oyunda qapılara bütövlükdə 3 qol vurulub. Hesabı ilk yarıda “Yuventus” açsa da, “İnter” elə fasiləyə qədərə bərabərlik qolunu vurmağı bacarıb. Əsas vaxtda başqa qol qeydə alınmayıb. Əlavə vaxtda daha bir qol vuran “İnter” Super Kubokun qalibi olub – 2:1.

 Xatırladaq ki, “İnter” tarixində 6-cı dəfə İtaliya Super Kubokunun qalibi olub. Milan təmsilçisi daha öncə 1989, 2005, 2006, 2008 və 2010-cu illərdə bu titula yiyələnmişdi.

 



Әlaqәli Xәbәrlәr