“Fənərbaxça” evində  məğlub olub

Futbol üzrə Türkiyə Super Liqasında 20-ci tura yekun vurulub.

1760372
“Fənərbaxça” evində  məğlub olub

TRT Spor xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Fənərbaxça” doğma meydanda “Adana Dəmirspor”la qarşılaşıb. Üç qolun qeydə alındığı matçda İstanbul təmsilçisi məğlubiyyətə üzülüb. Hesabı “Fənərbaxça” açsa da, qonaqlar əzmkar qələbə qazanmağı bacarıblar.

Fənərbaxça – Adana Dəmirspor 1:2

Qol: Valensiya, 29 – G.İnler, 34. Belhanda, 46.

 

 

 



Әlaqәli Xәbәrlәr