Futbol üzrə Afrika Millətlər Kubokuna start verilib
TRT Spor xәbәr verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
1759726
Turnirin açılış matçında Kamerun və Burkina Faso yığmaları üz-üzə gəlib. Üç qolun qeydə alındığı matçda kamerunlular qələbə qazanan tərəf olub.
Günün digər matçında Efiopiya ilə Kapo Verde yığmaları qarşılaşıb. Matçın qalibi Kapo Verde olub.
Afrika Millətlər Kuboku
A qrupu
9 yanvar
Kamerun – Burkina Faso 2:1
Qol: Abubakar, 40-pen; 45+3 – Sanqare, 24.
Efiopiya – Kapo Verde 0:1
Qol: Tavares, 45+1.