“Darüşşafaka”-“Hereda San Pablo Burqos” qarşılaşması təxirə salındı
FİBA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində sabah keçirilməli olan “Darüşşafaka”-“Hereda San Pablo Burqos” matçı təxirə salındı.
1760066
Volkswagen Arenada oynanılması planlaşdırılan qarşılaşmanın İspaniya komandasında aşkarlanan yeni növ koronavirus (Covid-19) hallarına görə yanvarın 18-nə təxirə salındığı bildirilib.
Xatırladaq ki, İspaniyada oynanılan ilk matçda ev sahibi “Hereda San Pablo Burgos” 83-78 hesabla qələbə qazanmışdı.