THY Avropa Liqasında 7 matç təxirə salındı

THY Avropa Liqasında sabah oynanılması planlaşdırılan “Qırmızı Ulduz mts” – “Fənərbaxça Beko” matçı təxirə salınıb.

1757205
THY Avropa Liqasında 7 matç təxirə salındı

TRT Spor xəbər verir ki, “Qırmızı Ulduz mts” – “Fənərbaxça Beko” qarşılaşması Serbiya komandasında yeni növ koronavirus (Covid-19) hallarına görə təxirə salınıb. Bildirilir ki, 19-cu turda keçirilməsi nəzərdə tutulan 9 yarışdan 7-si Covid-19 hadisələrinin artması səbəbindən təxirə salınıb. Avropa Liqasında, “Qırmızı Ulduz mts” – “Fənərbaxça Beko” qarşılaşmasından savayı koronavirus hadisələri səbəbi ilə təxirə salınan digər matçlar: “Maccabi Playtika”-“Bitci Baskonia”, “ASVEL-Monaco”, “Real Madrid-UNICS Kazan”, “ALBA Berlin”-“Panathinaikos”, “Anadolu Efes”-“Bayern Munich” və “Zalgiris-Olympiakos”.



Әlaqәli Xәbәrlәr