İngiltərə Premyer Liqasında daha iki oyun koronavirusa görə təxirə salındı

Futbol üzrə İngiltərə Premyer Liqasında daha iki oyun koronavirusa görə təxirə salınıb.

1752986
İngiltərə Premyer Liqasında daha iki oyun koronavirusa görə təxirə salındı

TRT Spor xəbər verir ki, 20-ci tur çərçivəsində keçirilməli olan “Arsenal” – “Vulverhempton” və “Lids” – “Aston Villa” matçları nəzərdə tutulan vaxtda keçirilməyəcək.

TRT-nin  xəbərinə  görə bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Oyunların təxirə salınmasına “Vulverhempton” və “Lids” klublarında koronavirusa kütləvi yoluxma səbəb göstərilib. 

Hər iki oyunun dekabrın 28-də keçirilməsi nəzərdə tutulmuşdu. Son həftələrdə Premyer Liqada demək olar hər turda azı 3-4 oyun koronavirusa görə təxirə salınır. Bu matçların nə vaxt keçiriləcəyinə daha sonra qərar veriləcək.

 



Әlaqәli Xәbәrlәr