Əmrə Belözoğlu Super Liqanın tarixinə düşdü

Futbol üzrə Türkiyə Super Liqasının 18-ci turu çərçivəsində baş tutan “Girəsunspor”la ev oyunu “Başakşəhər”in baş məşqçisi Əmrə Belözoğlu üçün əlamətdar olub.

1750906
Əmrə Belözoğlu Super Liqanın tarixinə düşdü
Başakşehir  Giresunspor.jpg

TRT Sporun xəbərinə görə o, bu oyunda qazandıqları 3:1 hesablı qələbə sayəsində Super Liqanın tarixinə düşüb. Bu, sözügedən komandanın cari mövsümdəki 10-cu qələbəsi olub. Üstəlik, İstanbul təmsilçisi ardıcıl 10 oyundur məğlubiyyət tanımır.

Bununla da Əmrə Super Liqa tarixində 15 qələbəni ən tez qazanmış mütəxəssisə çevrilib. O, ötən mövsümün sonunda rəhbərlik etdiyi “Fənərbaxça”da da 10 oyunda 7 qələbə sevinci yaşamışdı

 



Әlaqәli Xәbәrlәr