“Mançester Yunayted” 3 xal qazandı
Futbol üzrə İngiltərə Premyer Liqasında 15-ci turun oyunları keçirilir.
1743297
TRT Sporun xəbərinə görə bazar günü daha dörd qarşılaşma baş tutub.
“Mançester Yunayted” “Kristal Pelas”la ev oyununda minimal hesabla üstün olub (1:0)
Qol: Fred, 77.
“Tottenhem” isə “Norviç Siti”ni 3 cavabsız qolla yenib. Səfərdə “Aston Villa” ilə qarşılaşan “Lester Siti” bu dəfə də məğlubiyyətə üzülüb.
Dörd qolun qeydə alındığı “Lids”–“Brentford” matçında qalib müəyyənləşməyib.