“Napoli”nin məğlubiyyətsiz oyunlar seriyasına son qoyulub
Futbol üzrə İtaliya A Seriyasında 13-cü turun oyunları keçirilir.
1736705
TRT Sporun xəbərinə görə bazar günü daha beş qarşılaşma baş tutub.
Turun mərkəzi görüşü Milan şəhərində keçirilib. Lider “Napoli” “İnter”in qonağı olub. Beş qolun qeydə alındığı matç milanlıların qələbəsiylə yekunlaşıb. Beləcə, “Napoli”nin də məğlubiyyətsiz oyunlar seriyasına son qoyulub.
Joze Mourinyolu “Roma” isə bu turda “Cenoa”nın qonağı olub. Paytaxt təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib.
Dörd qolun qeydə alındığı “Sassuolo” – “Kalyari” matçın qalib isə müəyyənləşməyib. “Bolonya” evdə “Venetsiya”ya, “Salernitana” isə “Sampdoriya”ya uduzub.