Qətərdə miqrant işçilərə qarşı qanun pozuntuları araştırılır

2022-ci ildə futbol üzrə dünya çempionatının keçiriləcəyi Qətərdə miqrant işçilərə qarşı qanun pozuntuları araştırılır.

1735569
Qətərdə miqrant işçilərə qarşı qanun pozuntuları araştırılır

Amnesty International xəbərdarlıq edib ki, Qətərdə aparılan islahatlara baxmayaraq, istismar davam edir. 2022-ci il dünya çempionatının başlamasına təxminən bir il qalmış ev sahibi Qətərin infrastruktur işləri səngimir. Lakin əməkçi miqrantların əlverişsiz şəraiti Amnesty İnternational kimi insan haqları təşkilatları tərəfindən diqqətlə izlənir. Təşkilat 48 səhifəlik hesabatında iddia edib ki, Dünya Kuboku layihəsində çalışanların vəziyyətində yaxşılaşma olsa da, digər əməkçi miqrantların istismarı davam edir. Təşkilat azarkeşləri və oyunçuları insan haqları ilə bağlı maarifləndirməyə çağırıb. Qətər səlahiyyətliləri isə iddialara qarşı ölkədəki bütün miqrant işçilərin şərtlərinin yaxşılaşdırılması üçün işləri davam etdirdiklərini açıqlayıblar.



Әlaqәli Xәbәrlәr