“Türk Telekom”, “Lokomotiv Kuban” ilə qarşılaşdı

Telekom öz meydanında qəbul etdiyi Rusiyanın “Lokomotiv Kuban” komandasını məğlub  edib.

1734858
“Türk Telekom”, “Lokomotiv Kuban” ilə qarşılaşdı

ULEB Avropa Kuboku A qrupunun 5-ci tur oyunlarında təmsilçimiz “Türk Telekom” öz meydanında qəbul etdiyi Rusiyanın “Lokomotiv Kuban” komandasını 88-85 hesabı ilə məğlub edərək 3-cü olub.

Balanslı başlayan matçın 5-ci dəqiqəsində 9-8 hesabla üstünlüyü  ələ  keçirən  “Türk Telekom”, ilk dörddəbiri 24-17, ilk  yarını  isə     47-39 hesab  ilə  tamamladı. İkinci   yarıda  da  güçlü  çıxış edən   təmsilçimiz   meydançadan   88-85 hesabla  qalib  ayrıldı. Türk Telekom   bu  nəticə  ilə oynadığı 5  matçdakı  qələbə  sayını 3-ə  yüksəltdi.  “Lomotiv Kuban” ilk məğlubiyyətini aldı. Sahəsində üçüncü qələbəsini qazanan “Türk Telekom”, 6-cı turda MoraBanc Andorra ilə səfərdə qarşılaşacaq.

 



Әlaqәli Xәbәrlәr