“Pekin-2022” Qış Olimpiya Oyunları məşəli Pekinə çatdırıldı

Qədim Olimpiya vətəni Yunanıstanda keçirilən mirasimdə yandırılan “Pekin-2022” qış olimpiya oyunları məşəli “Pekin-2022” Çin paytaxtına çatdırılıb.

1722417
“Pekin-2022” Qış Olimpiya Oyunları məşəli Pekinə çatdırıldı

Pekindəki “Olimpiya qülləsi”nin yerləşdiyi ərazidə məşəlin Çinə gətirilməsi ilə bağlı mərasim keçirilib. Bir müddət “Olimpiya qülləsi”ndə nümayiş olunduqdan sonra məşəlin Çinin müxtəlif bölgələrinə estafeti başlayacaq.

Qeyd edək ki, 24-cü Qış Olimpiya Oyunlarının məşəli oktyabrın 19-da Afinada keçirilmiş mərasimdə “Pekin-2022”nin təşkilatçılarına təhvil verilib.

“Pekin-2022” Qış Olimpiya Oyunları fevralın 4-20-də, Paralimpiya Oyunları isə martın 4-13-də keçiriləcək. Çinin paytaxtı Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün 2015-ci il iyulun 31-də Beynəlxalq Olimpiya Komitəsinin Kuala-Lumpurda keçirilən sessiyası çərçivəsində təşkil olunan səsvermədə qalib gəlib. Pekin həm Yay, həm də Qış Olimpiya oyunlarına evsahibliyi edəcək ilk şəhər olacaq. Pekin daha əvvəl də 2008-ci ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi edib.



Әlaqәli Xәbәrlәr