“Fənərbaxça” Belçikanın “Antverpen” komandası ilə qarşılaşacaq

Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin 3-cü turuna bu gün start veriləcək.

1722451
“Fənərbaxça” Belçikanın “Antverpen” komandası ilə qarşılaşacaq

D qrupunda mübarizə aparacaq olan “Fənərbaxça” Belçikanın “Antverpen” komandası ilə qarşılaşacaq. Oynadıqları iki oyunda 1 xal toplayan sarı-göylülər, mübarizəni qazanaraq qrupdan çıxmağa çalışacaqlar.

 Təmsilçimizdə zədəsi olan Sərdar Əziz və Mərt Hakan Yandaş “Antverpen” matçında olmayacaq.

UEFA -ya bildirilən heyətdə iştirak edə bilməyəcə olan Miguel Crespo, Burak Kapacak və Sərdar Dursun da oynaya bilməyəcək. Qrupdakı hər iki oyunda məğlub olan “Antverpen heyətindəki tanış adlar diqqət çəkir. Mövsümün əvvəlində Fənərbaxçadan icarə əsasında transfer olunan Samatta ilə Michael Frey, köhnə komandalarına qarşı mübarizə aparacaqlar.

Ülkər Stadionunda oynanılacaq matç Türkiyə vaxtı ilə saat 19.45 -də başlayacaq. Mübarizəni Rusiyalı hakim Sergey İvanov idarə edəcək.



Әlaqәli Xәbәrlәr