“Beşiktaş” doğma meydanda uduzdu
Futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü tura start verilib
1722180
TRT Spor xəbər verir ki, ilk oyun günündə dörd qrup üzrə 8 qarşılaşma baş tutub.
Türkiyə çempionu “Beşiktaş” doğma meydanda “Sportinq”ə məğlub olub (1:4). Qrupun digər matçında Dortmund “Borussiya”sı Niderland səfərində “Ayaks”a böyük hesabla uduzub.
A qrupunda yer alan “Mançester Siti” Belçikada “Brügge”nin qonağı olub və darmadağınla qalib gəlib. Qrupun digər matçında PSJ doğma meydanda “Leyptsiq” üzərində çətin qələbəyə sevinib.
Günün maraqla gözlənilən qarşılaşması İspaniyada olub. Madrid “Atletiko”su burada “Liverpul”u qəbul edib. Beş qolun qeydə alındığı matç İngiltərə təmsilçisinin qələbəsiylə yekunlaşıb. Qrupun digər matçında “Milan” “Portu”ya minimal hesabla uduzub.