DÇ-2022: Türkiyə millisi Latviyanı məğlub etdi

DÇ-2022-nin seçmə mərhələsində 8-ci tura start verilib.

1718104
DÇ-2022: Türkiyə millisi Latviyanı məğlub etdi

TRT Spor xəbər verir ki, ilk oyun günündə E, G, H və J qruplarında ümumilikdə 11 qarşılaşma keçirilib.

G qrupunda 3-cü sırada yer alan Türkiyə yığması bu turda səfərdə Latviyayla qarşılaşıb və əzmkar qələbə qazanıb. Qrupun lideri Niderland Cəbəllütariqi darmadağın edibsə, 2-ci olan Norveç isə Monteneqro üzərində inamlı qələbəyə sevinib.

E qrupunda Estoniya Uelsi, Belarus isə Çexiyanı qəbul edib. Uels Estoniyaya qalib gələ bilməsə, Belçika dünya çempionatına qrup lideri kimi vəsiqə qazanacaqdı. Amma bu iki oyun qonaqların qələbəsiylə yekunlaşıb.

H qrupunda Xorvatiya Slovakiyanı, Sloveniya Rusiyanı, Kipr isə Maltanı sınağa çəkib. Kipr və Xorvatiyada 4 qolluq heç-heçə qeydə alınıbsa, ruslar səfərdə çətin qələbə qazanıblar.

J qrupunda Almaniya yığması səfərdə Şimali Makedoniyanı, İslandiya millisi isə evdə Lixtenşteyni darmadağın edib. Qrupun 3-cüsü Ermənistan yığması Rumıniya ilə oyundan məğlub ayrılıb.

 



Әlaqәli Xәbәrlәr