UEFA səfər qadağasını ləğv etdi

UEFA avrokubokların qrup mərhələsindən etibarən qonaq komandaların azarkeşlərinin stadiona buraxılmasına icazə verib.

1703916
UEFA səfər qadağasını ləğv etdi

TRT Sporun Avropa futbol qurumunun rəsmi saytına istinad etdiyi xəbərə görə, UEFA İcraiyyə Komitəsinin çıxardığı sonuncu qərara əsasən, qadağa ləğv olunub. Qərarda o da xüsusi vurğulanıb ki, ölkələrin səlahiyyətli orqanları icazə verəcəyi təqdirdə səfər komandalarının fanatları tribunalara buraxılacaq. Amma qonaq azarkeşlərin sayı stadionların ümumi tutumunun 5 faizindən artıq olmayacaq.

 Xatırladaq ki, UEFA qonaq komandaların stadionlara buraxılmasına dair qadağa qərarını koronavirus pandemiyası ilə əlaqədar qəbul etmişdi.



Әlaqәli Xәbәrlәr