Qrizman “Atletiko” kuluba qayıtdı

Futbol üzrə Fransa millisinin hücumçusu Antuan Qrizman yenidən İspaniyanın “Atletiko” klubuna qayıdıb.

1700734
Qrizman “Atletiko” kuluba qayıtdı

TRT Spor xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 Son İspaniya çempionu sabiq futbolçusunu 2021/22 mövsümünün sonuna kimi icarəyə götürüb. Lakin bu müddət daha bir artırıla bilər. Müqavilədə satınalma şərti də yer alıb. “Atletiko” Antuanı birdəfəlik heyətinə qatmaq istəsə, bunun üçün “Barselona”ya 40 milyon avro ödəməlidir.

Qeyd edək ki, Antuan Qrizmann 2014-2019-cu illər aralığında məhz “Atletiko”da çıxış edib. 30 yaşlı futbolçu 2019-cu ilin yayında 120 milyon avro qarşılığında “Barselona”ya keçmişdi. Lakin fransız forvard Kataloniya təmsilçisində ümidləri doğrultmadığından mütəmadi tənqidlərə məruz qalırdı. Fransa millisinin üzvü “Atletiko” karyerası dövründə meydana çıxdığı 257 matçda 133 qol vurubsa, “Barselona”da 102 matça çıxıb, 35 qola imza atıb. O, daha öncə oynadığı “Real Sosyedad”da isə 201 oyunda 52 qolla yadda qalıb.

 

 



Әlaqәli Xәbәrlәr