Gənclər və idman naziri Mehmet Kasapoğlu Yaponiyada səfərdədir

Gənclər və idman naziri Mehmet Kasapoğlu Yaponiyanın təhsil, mədəniyyət, idman, elm və texnologiya naziri Haqiuda Kooiçi ilə görüş keçirib.

1679126
Gənclər və idman naziri Mehmet Kasapoğlu Yaponiyada səfərdədir

Gənclər və idman naziri Mehmet Kasapoğlu Yaponiyanın təhsil, mədəniyyət, idman, elm və texnologiya naziri Haqiuda Kooiçi ilə görüş keçirib. 

Yaponiyanın Kasumiqaseki bölgəsində yerləşən Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyindəki ikili görüşün mətbuata qapalı baş tutan hissəsində çıxış edən M. Kasapoğlu Tokio-2020 Olimpiadaları münasibətilə bu ölkədə olduğuna görə həyəcan duyduğunu söyləyib.

Türkiyə-Yaponiya münasibətlərinin tarixi təməllərə sahib olduğunu qeyd edən Kasapoğlu bu əlaqələrin daha da güclənərək inkişaf edəcəyini vurğulayıb.

Tokio Oyunlarına ev sahibliyi edən Yaponiyanın bütün idmançılarına uğurlar arzulayan Kasapoğlu turnirdə Türkiyədən 18 fərqli sahədə 108 idmançı ilə iştirak etdiklərini deyib.

Türkiyə-Yaponiya əlaqələrini gənclik və idman sahələrində də inkişaf etdirmək istədiklərini ifadə edən nazir "Təhsil və mədəniyyət sahələrini bir-birindən ayırmaq mümkün deyil. Bu nöqtədə hər cür əməkdaşlığı və bu sahələrdə addımlar artmağa hazırıq" deyə bildirib. 

Nazir Haqiuda da yeni növ koronavirus (Covid-19) səbəbiylə bir il təxirə salınan olimpiadanı cari il "bütün dünyaya və insanlığa ümid" teması ilə keçirdiklərini dilə gətirib. 

Haqiuda Türkiyə komandası və idmançılarına uğurlar diləyərək, "Turnirin yalnız bütün dünyada izləniləcək bir idman tədbiri deyil, bütün çətinlikləri birlikdə aradan qaldırmaq üçün göstərilən əməkdaşlığı qeyd edən bir tədbir olmasını arzu edirik" deyib.



Әlaqәli Xәbәrlәr