Sivassporun UEFA Avropa Konfrans Liqasındakı rəqibi  məlum olub

UEFA-nın təşkil etdiyi Avropa Konfrans Liqasında mübarizə aparacaq Dəmir Qrup Sivasspor, ikinci təsnifat mərhələsində Moldovanın “Petrocub” komandası  ilə  qarşılaşacaq.

1676371
Sivassporun UEFA Avropa Konfrans Liqasındakı rəqibi  məlum olub

Türkiyə təmsilçisinin rəqibini müəyyənləşdirən turnirin 1-ci təsnifat mərhələsinin cavab görüşündə Moldova komandası “Petrocub”,  Şimali Makedoniyanın “Sileks” komandası  ilə  qarşılaşıb.  Matç paytaxt Kişinyovdakı Zimbru Stadionunda  oynanıb. İlk yarıda  hesab  açılmayan qarşılaşmada “Petrocub”, 90 + 5-də Mixail Platicanın qolu  ilə 1-0 qalib gələrək,  ikinci dövrədə Dəmir Qrup Sivassporun rəqibi olub.

“Petrocub” və “Sileks” arasında ilk görüş 1-1 bərabərliklə nəticələnmişdi.  



Әlaqәli Xәbәrlәr