Türkiyə milli komandası Uruqvayı məğlub etdi

Basketbol üzrə Türkiyə milli komandası, FIBA ​​Olimpiya Seçmələrinin B qrupunda ilk oyununda Uruqvayı 95-86 hesabla məğlub edib.

1667327
Türkiyə milli komandası Uruqvayı məğlub etdi

Kanadada oynanan matça həvəslə başlayan Türkiyə ilk dörddəbiri 27-22 üstün tamamlayıb. Milli Basketbol Komandamız bu üstünlüyü ikinci dörtdəbirdə 43-37, üçüncü dörddəbirdə 63-61 hesabla davam etdirib. Dördüncü və son dörtdəbirdə də güçlü mübarizə apararaq 95-86 hesabla qarşılaşmanın qalibi olub.

Türkiyi Basketbol Komandası B qrupundakı ikinci matçında Çex Respublikasına qarşı mübarizə aparacaq. Qarşılaşma sabah Türkiyə vaxtı ilə 05:35-də başlayacaq.



Әlaqәli Xәbәrlәr