Futbol üzrə Avropa çempionatı davam edir

AÇ-2020-nin 1/8 final mərhələsina yekun vurulub.

1667340
Futbol üzrə Avropa çempionatı davam edir

Mərhələnin sonuncu oyun günündə daha iki görüş baş tutub. Əvvəlcə Londondakı “Uembli” stadionunda meydan sahibi İngiltərə yığması Almaniya ilə üz-üzə gəlib. İngilislər inamlı qələbə sayəsində növbəti mərhələyə vəsiqə qazanıblar (2-0) Qol: 75-ci dəqiqəd: R.Sterlinq, 86-cı dəqiqə: H.Keyn

Baş hakim: Danni Makkeli (Niderland).

Günün digər qarşılaşması isə Qlazqodakı “Hempden Park” stadionunda keçirilib. Burada İsveç və Ukrayna yığmaları 1/4 finala vəsiqə uğrunda mübarizə aparıblar. Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşıb. Bu üzdən də əlavə vaxt təyin olunub. Əlavə vaxtın ilk yarısında İsveç yığması azlıqda qalıb. Ukraynalılar bu şansdan ikinci 15 dəqiqənin sonlarında istifadə ediblər və çətin qələbə sayəsində növbəti mərhələyə yüksəliblər (1-2), Qol: 43-cü dəqiqə E.Forsberq, 27-ci dəqiqət A.Zinçenko 120+1 A.Dovbik,

Baş hakim: Daniele Orsato (İtaliya).



Әlaqәli Xәbәrlәr