UEFA səfər qolu qaydasını ləğv etdi

2021/22 mövsümündən səfər qolu qaydası tədbiq olunmayacaq.

1664711
UEFA səfər qolu qaydasını ləğv etdi

UEFA rəsmi saytında əks edən məlumata görə UEFA-nın bütün klub yarışlarında iki matçdakı qolların sayı bərabər olarsa, hərəsi 15 dəqiqədən ibarət olan iki əlavə hissə oynanılacaq və orada da tablodakı bərabərlik dəyişməsə, penaltilər seriyasına müraciət olunacaq.

UEFA səfər qolu qaydasını ilk dəfə 1965-ci ildə Kuboklar kuboku yarışında tətbiq edib, sonradan isə bu qayda UEFA-nın keçirdiyi bütün turnirlərə şamil olunub.

Bu qaydaya görə, iki oyunda vurulan qolların ümumi sayı bərabər olduqda, rəqib meydanda daha çox qol vuran komanda qalib sayılır.



Әlaqәli Xәbәrlәr