"Formula 1": Türkiyə Qran-prisi yenidən təqvimə salındı

“Formula 1” üzrə Dünya Çempionatında 2021 mövsümünün təqviminə əlavə edilən Türkiyə Qran Prisi 1-3 oktyabr tarixlərində keçiriləcək.

1664738
"Formula 1": Türkiyə Qran-prisi yenidən təqvimə salındı

11-13 iyun tarixlərində keçirilməsi planlaşdırılan Türkiyə Qran Prisi, yeni növ koronavirus (Kovid-19) əleyhinə mübarizə çərçivəsində səyahət məhdudiyyətlərinin titbiqi səbəbindən ləğv edildi.

Təşkilatın verdiyi açıqlamaya görə, mövsümün 16-cı yarışı olan Sinqapur Qran Prisi, Türkiyə Qran Prisi ilə əvəzləndi. Intercity İstanbul Parkın ev sahibliyi edəcəyi yarış, 1-3 oktyabr tarixlərində keçiriləcək. Türkiyəyə qayıtmaqdan xoşbəxt olduqlarını ifadə edən Formula 1 prezidenti və baş icraçı direktoru Stefano Domenicali, Dünyanın ən yaxşı pistlərindən birində yenidən fövqəladə yarış görməyi ümid etdiklirini, Vural Ak-a və Intercity İstanbul Park rəhbərliyinə tədbirin Türkiyədə keçirilməsi üçün göstərdiyi səylərə görə təşəkkür etdiyini bildirib.

Qeyd edək ki, “Formula 1”-də 9 illik fasilədən sonra keçən il Türkiyə Qran Prisi keçirildi və yarışda qalib gələn İngilis Mercedes sürücüsü Lewis Hamilton karyerasında 7-ci dəfə çempion oldu.



Әlaqәli Xәbәrlәr