Mete Gazoz qızıl medal qazanıb

Milli oxatan Mete Gazoz Antalyada təşkil edilən Açıq Hava Avropa çempionatında və 2020 Tokyo Olimpiadasının Kontinental Kota Turnirində qızıl medal qazanıb.

1652053
Mete Gazoz qızıl medal qazanıb

Milli oxatan Mete Gazoz Antalyada təşkil edilən Açıq Hava Avropa çempionatında və 2020 Tokio Olimpiadasının Kontinental Kvota Turnirində qızıl medal qazanıb.

40 ölkədən 279 idmançının qatıldığı turnirdə milli atlet Mete Gazoz kişilər üzrə klassik yay finalında fransız Jean-Charles Valladont ilə qarşılaşıb.

Mete Gazoz rəqibini 6-0 hesabı ilə məğlub edərək Avropa çempionu olub.

Digər tərəfdən, Oxçuluq üzrə milli komandamız  Antalyada davam edən Açıq Hava Avropa Oxçuluq Çempionatında Yasemin Ecem Anagöz və Gülnaz Büşranur Coşkunun dörddəbir finala yüksəlməsilə qadınlar üzrə fərdi kvota qazanıb.



Әlaqәli Xәbәrlәr